Accessibility links

Gürcüstanda müxalifət yeni nümayiş dalğasına başlayıb


Minlərlə müxalifət fəalı Gürcüstan paytaxtında nümayiş keçirib. Onlar yanvardakı prezident seçkilərinin yenidən keçirilməsini tələb edirlər. Prezident Mixail Saakaşvili ilə Levan Qaçeçiladze arasında yeni səsvermənin keçirilməsini tələb edən ən azı 3000 nümayişçi parlament binasının qarşısına toplaşıb. Müxalifət cənab Saakaşvilini yanvarın 15-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham edir. Qeyd edək ki, Saakaşvili 53 faiz səs toplayaraq ikinci müddətə prezident seçilmişdi. Nümayişçilər bu gün həmçinin hökuməti mətbuata müdaxilə etməkdə qınayıb. Müxalif qruplar hökumətə 17 maddədən ibarət tələblər siyahısı verib. Bu tələblər sırasına yeni seçkilərin keçirilməsi və müdafiə nazirinin işdən azad edilməsi də daxildir.
XS
SM
MD
LG