Accessibility links

ABŞ-ın vitse prezidenti Yaxın Şərqə səfərə hazırlaşır


Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni region ölkələrinin liderlərilə görüşlər keçirmək üçün bu ayın sonu Yaxın Şərqə səfər edəcək. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, Dik Çeyni martın 16-da başlayacağı səfəri zamanı Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının Qərb sahili və Türkiyədə olacaq. Bəyanatda bildirilir ki, ABŞ vitse-prezidenti region ölkələrinin liderlərilə qarşılıqlı maraq təşkil edən bir sıra məsələləri müzakirə edəcək. Vitse-prezident Çeyni Yaxın Şərqə səfərə ABŞ Dövlət katibi Kondoliza Raysın keçən həftə İsrail və İordan çayının Qərb sahilinə səfərindən sonra çıxır.
XS
SM
MD
LG