Accessibility links

Birma müxalifətinin lideri BMT elçisi ilə görüşüb


Birma müxalifətinin lideri Aunq San Su Kyi 3 gün ərzində ikinci dəfə BMT elçisi İbrahim Qəmbəri ilə görüşüb. Nobel Sülh mükafatı laureatı və BMT diplomatının danışıqları bir saat çəkib. Söhbətin detalları açıqlanmır. Son 18 ildən 12-ni ev dustağı olmuş Aunq San Su Kyi şənbə günü də Qəmbəri ilə danışmışdı.

Qəmbəri bu gün Birmanı tərk etməzdən əvvəl İnformasiya naziri Kyo Hsanla görüşəcək. BMT məlumat verir ki, Qəmbəri dünən Birmanın səhiyyə və milli planlaşdırma nazirləri ilə, habelə mülki xidmət idarəsinin rəisi və xarici işlər nazirinin müavini ilə görüşüb.

XS
SM
MD
LG