Accessibility links

İndoneziya prezidenti Irandadır


İran prezidenti Mahmud Əhmədinejad İndoneziyaya keçən həftə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarla bağlı səsvermədə bitərəf mövqe tutduğu üçün təşəkkürünü bildirib. İranın dövlət başçısı minnətdarlığını Tehranda səfərdə olan İndoneziya prezidenti Susilo Bambang Yudhoyo ilə görüşü zamanı bildirib. İranın dövlət xəbər agentliyi İRNA-nın bildirdiyinə görə, Əhmədinejad İran və İndoneziyanı islam dünyasında qüdrətli liderlər adlandırıb. Prezidentə istinad edən agentlik bidlirir ki, prezident ölkələr arasındakı qarşılıqlı əlaqələrin bütün müsəlman dünyanın mənafeyinə xidmət etdiyini deyib. İran və İndoneziya liderləri enerji, kənd təsərrüfatı, biznes və elmi sahələrinə dair bir sıra müqavilələrr izmalayıb.

XS
SM
MD
LG