Accessibility links

ATƏT Gürcüstanı seçki məcəlləsində dəyişikliklər etməyə çağırıb


Avropanın Ali Təhlükəsizlik Təşkilatının nümayəndəsi Gürcüstan hökuməti və müxalifətini mayda keçiriləcək parlament seçkilərindən öncə lazımi islahatlar üzərində razılıq əldə etməyə çağırıb. ATƏT-in demokratik təsisatlar idarəsinin rəhbəri, səfir Kristian Ştrohal bu gün liderləri seçki məcəlləsində dəyişiklikləri həyata keçirməyə çağırıb. O, Tbilisidə siyasətçilərə bildirib ki, bu addımlar seçki prosesinə olan etibarı müəyyənləşdirəcək.

ATƏT-in son hesabatına əsasən yanvarın 5-də keçirilmiş prezident seçkiləri ümumən təşkilatın standardlarına cavab verib.

XS
SM
MD
LG