Accessibility links

İslam Konfransı Təşkilatının sammiti işinə başlayıb


Bu gün Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatının 11-ci sammiti işinə başlayıb. Summitdə BMT-nin baş katibi və onlarla ölkənin dövlət başçısı iştirak edir. Yoxsulluqla mübarizə, humanitar yardımlar, habelə İslamla bağlı neqativ fikirlərin yaratdığı narahatlıqlar kimi məsələlər iki günlük toplantının gündəliyində yer alır.

Səudiyyə Ərəbistanında yerləşən bu qrupa 57 ölkə üzvdür. Dünyada müsəlmanların maraqlarına xidmət edən bu təşkilat özünü BMT-dən sonra hökumətlərarası ikinci böyük qurum hesab edir. Təşkilatın Türkiyəli baş katibi Ekmeleddin İhsanoğlu İslam Konfransı Təşkilatını qeyri-müsəlman dünya ilə daha məhsuldar dialoqa səsləyib.

XS
SM
MD
LG