Çin 2008-ci il Yay Olimpiya Oyunlarına hazırlıq kimi hava yolları şirkətlərinin yeni qaydaları və nəqliyyatın təhlükəsizliyinə dair ölçülər qəbul edib. Bu gün Mülki Aviasiya Administarsiyanın veb səhifəsində yayılan bəyanatda deyilir ki, sərnişinlərin baqajları açılıb yoxlanılacaq, daxili uçuşlar həyata keçirən təyyarələrə heç bir növ maye buraxılmayacaq.
Yeni qaydalar Çin hökumətinin təyyarə qaçırılması cəhdinin qarşısının alındığını elan etməsindən bir həftə sonraya təsadüf edir. Çinin dövlət mətbuatında bu, planlaşdıırlmış terror aksiyası kimi qiymətləndirilmişdi.