Accessibility links

Kondoliza Rays rəsmi səfərlə Braziliyadadır


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays bu gün Braziliyaya gəlib. Xanım Rays Braziliya prezidenti Luis İnasio Lula de Silva və ölkənin xarici işlər naziri Çelso Amorim ilə görüşlər keçirmiş, maliyyə, ticarət regional təhlükəsizlik, nüvə silahlarının yayılmaması və yanacaq məsələlərini müzakirə etmişdir. Kondoliza Raysın eləcə də sakinlərinin 80 faizini afrika mənşəli insanların təşkil etdiyi Salvador da Bahiya şəhərinə getdiyi xəbər verilir. Braziliyaya səfərindən sonra isə xanım Rays Çiliyə gedəcək. Xanım Raysın bu ölkələrə səfərinin məqsədi bu iki stateji portnyorla Birləşmiş Ştatların münasibətinin daha da yaxşılaşdırılmasıdır.
XS
SM
MD
LG