Accessibility links

İraqın Kut şəhərində yaraqlılara qarşı reydlər davam edir


İraqın cənub Kut şəhərində polis və şiə yaraqlılar arasında silahlı toqquşma zamanı 2 nəfər həlak olub. Yaraqlılar Müqtəda Əl-Sədrin nəzarəti altında olan Mehri Ordusunun üzvləri idi. Rəsmilərin dediyinə görə, toqquşma polisin ABŞ qoşunlarının yardımı ilə Mehdi Ordusunun sığınacağı hesab olunan şəhərin iki məhəlləsində reyd zamanı baş verib. Ölənlərdən biri polis işçisi olub. Son günlərdə Kut şəhərində yaraqlılarla polis arasında baş verən insidentlər zamanı onlarla insan həlak olub. Sədrin bu yaxınlarda növbəti 6 ay üçün atəşkəs elan etməsinə baxmayaraq, bəziləri artıq ona tabe olmur.
XS
SM
MD
LG