Accessibility links

Haim Ramon: "İsrail "Yol Xəritə"sinin öhdəliklərinə əməl etmir"


(File photo -19 Sep 2007) " hspace=2 src="/azerbaijani/images/AFP_US_Rice_and_Israel_Haim_Ramon_19sep07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>İsrail baş nazirinin müavini Haim Ramonun sözlərinə görə, ölkənin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin köçürməsinin yubadılması İsrailin ABŞ-la əlaqələrinə mənfi təsir göstərir. Cənab Ramon bu gün İsrail radiosuna bildirib ki, ölkə beynəlxalq qüvvələr tərəfindən dəstəklənən Yaxın Şərq “Yol Xəritəsi” planı ilə bağlı öhdəliklərinə əməl etmir. O İsrailin gələn 1-2 həftə ərzində köçürülmələr barədə qərar verməli olduğunu deyib. Fələstinlilərin baş müzakirəçisi Əhməd Qorei ABŞ-ı İsrailin yaşayış məskənlərini köçürməsinə daha ciddi təzyiqlər göstərməyə çağırıb. Yaxın Şərqdə sülh naminə “Yol xəritəsi” İsraili bu fəaliyyətlərini dayandırmağa və yaşayış məntəqələrinin salınması fəaliyyətlərini dondurmağa səsləyir.
XS
SM
MD
LG