Accessibility links

Toni Bleyr istixanə qazlarının azaldılmasına çağırıb


Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyr ABŞ, Yaponiya və Avropanı qlobal istiləşməyə səbəb olan istixanə qazlarının azaldılmasına çağırıb. Dünyanın istixanə qazlarına malik olan əsas 20 ölkəsinin iştirakı ilə keçirilən Tokio görüşünə qatılan Bleyr deyib ki, yoxsul ölkələrlə zənginlər arasında Kioto protokolunu əvəz edə bilən bir razılıq əldə edilməlidir. Qeyd edək ki, Toni Bleyr bu yaxınlarda iqlim dəyişikliyi və havanın çirklərnməsi ilə mübarizə aparacaq yeni beynəlxalq dəstəyə başçılıq etdiyini bəyan etmişdi. Kioto sazişinə əsasən dünyanın sənayeləşmiş ölkələri 2012-ci ilədək istixanə qazlarını əhəmiyyətli şəkildə azaltmalıdır. Lakin dünyanın ən çox hava çirklədən ölkələrindən olan Amerika bu sazişin ratifikasiyasından imtina edir.

XS
SM
MD
LG