Birləşmiş Ştatlar senatoru və prezidentliyə respublikaçı namizəd Con Makkeynin gözlənilmədən İraqa səfər etdiyi bildirlir. Bu, 2003-cü ildə Birləşmiş Ştatların İraqa hərbi müdaxiləsindən bəri onuyn bu ölkəyə səkkisinzi səfəridir. Birləşmiş Ştatların İraqdakı səfirliyi təhlükəsizlik səbəblərinə görə senator Makkeynin səfəri barədə təfərrüatlı məlumat verməyib, lakin bildirib ki, o,İraq və Birləşmiş Ştatların rəsmilərilə görüşmək üçün bu gün Bağdada gəlib. Senator Makkeyn Bağdaddan sonra İordaniya, İsrail, Britaniya və Fransaya səfər edəcək.
Bu arada, Mosul şəhərində bir intihaçının özünü partlatması nəticəsində azı 9 nəfərin yaralandığı bildirilir.