Accessibility links

Tibetdəki etiraz dalğası Çinin Şeçuan vilayətinə yayılıb


Tibetdə Çin idarəçiliyinə qarşı etirazlar qonşu Şeçuan vilayətinə keçib. Şahidlərin bildirdiyinə görə, buddist rahiblərin başçılıq etdiyi yüzlərlə insan hökumət binalarına hücum edib və polis maşınlarını yandırıb. İnsan hüquqları qrupları və şahidlər yeddi adamın, o cümlədən bir polis nəfərinin həlak olduğunu deyirlər. Lakin Şeçuan viləayətinin Tibetlə həmsərhəd Aba əyalətində ölənlərin sayı barədə məlumatlar təsdiq edilməyib. Zorakılıqlar keçən həftənin cümə günü Tibet paytaxtı Lhasada hadisələrdən sonra baş verir. Tibetin sürgündə olan ruhani lideri Dalay Lama Çinin idarəçiliyi altında olan Tibetdə qanlı zorakılıqlarla bağlı beynəlxalq təhqiqatın aparılmasına çağırıb. Tibetin Hindistanda fəaliyyət göstərən sürgündəki hökuməti cümə 80 nəfərin öldüyünü təsdiqləyib. Çin 10 nəfərin öldüyünü bildirir.
XS
SM
MD
LG