Kanadanın Müdafiə naziri deyib ki, o, NATO-nun Əfqanıstanın Qəndəhar vilayətində Kanada əsgərlərinə kömək üçün əlavə əsgər göndərəyinə əmindir. Brüsseldə təhlükəsizliyə dair konfransda danışan Müdafiə naziri Piter Makay deyib ki, hazırda min əsgərin göndərilməsinə ehtiyac var. O, NATO-nun aprel ayında ikinci sammitinə kimi əsgərlərin göndəriləcəyinə əmin olduğunu bildirib. Keçən həftənin cümə axşamı günü Kanada parlamenti ölkənin Əfqanıstanda hərbi missiyasını NATO-nun min nəfərdən ibarət əlavə əsgəri qüvvə, vertolyotlar və kəşfiyyat təyyarəsi göndərəcəyi şərtilə 2011-ci ilə qədər uzadılmasına səs vermişdi. Kanadanın Əfqanıstanda 2 min 5 yüz əsgəri var.