Pakistanın dövlət televiziyası və şahidlərin bildirdiyinə görə, Əfqanıstanla sərhəddə yaraqlıarın gizləndiyi yerə raketin atılması 18 adamın ölünə səbəb olub. Hücum bu gün Pakistan hərbi qüvvələrinin Əl-Qaidə və Talibana qarşpı mübarizə apardığı Cənubi Vəziristan bölgəəsinin əsas şəhəri olan Vana yaxınlığında həyata keçirilib. Yerli sakinlər bir neçə dəfə partlayış səsləri eşitdiklərini deyiblər. Onların sözlərinə görə, raket Nurulla adı ilə tanınan yaraqlıların liderinin evə dəyib. Raketin haradan atıldığı məlum deyil.Pakistan ordusunun sözçüsü general-mayor Atar Abbas deyib ki, hadisə yerində təhqiqat aparmaq üçün oraya hərbi ekspertlər göndəriblər. Əfqanıstanda ABŞ-ın başçılığı ilə koalisiyanın rəsmiləri insidentlə bağlı şərh verməyiblər.