Accessibility links

Dik Çeyni İraqdadır


" hspace=2 src="/azerbaijani/images/AP_US_Vice_President_Dick_Cheney_left_commander_in_Iraq_David_Petraeus_at_Baghdad_airport_eng_195_17mar08.jpg" width=202 align=left vspace=2 border=0>Bağdada səfər edən ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib ki, Birləşmiş Ştatların İraqa dəstəyi dəyişməz olaraq qalır. Dik Çeyni bu açıqlamaları İraq baş naziri Nuri əl-Məliki ilə görüşdən sonra verib. Onlar arasında görüş zamanı İraqda təhlükəsizliyə dair vəziyyətin yaxşılaşdırılması və digər məsələlər müzakirə olunub. ABŞ vitse-prezidenti Bağdada əvvəlcədən elan edilmədən bu gün səhər çatıb. O, ilk növbədə ABŞ hərbi qüvvələrinin İraqdakı komandiri general Deyvid Petreusla görüşüb. Dik Çeyninin Bağdada gəlişindən bir qədər sonra şəhərdə partlayış olub. İnsidentlə bağlı yalnız bəzi detallar açıqlanıb. Dik Çeyninin İraqa qısa səfəri onun Yaxın Şərqə 10 günlük səfərinin bir hissəsidir. Səfər zamanı ABŞ vitse-prezidenti Oman, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının Qərb sahili və Türkiyədə olacaq.
XS
SM
MD
LG