Dünyanın ən böyük investisiya bankı Bear Srearnsin satışına reaksiya olaraq bu gün ABŞ-ın Wall Street və digər qlobal səhm birjaları aşağı qiymətlərlə açılıb. Hökumətin dəstəklədiyi bu maliyyə planına görə digər bir bankçılıq şirkəti J.P. Morqan Chase Bear Stearns şirkətini satın alır. Hələ keçən il 20 milyard dəyəri olan bu maliyyə nəhəngi 250 milyon dollara satılır. Dünən ABŞ-ın Mərkəzi Bankı kredit faizlərini 0.25 azaldaraq, bankların borc faizlərini ucuzlaşdırmışdı. Dünya bazarlarında neft və qızılın qiyməti yeni rekordlara yüksəlib. Dollar isə iqtisadi qeyri-müəyyənlik şəraitində dəyər itirməkdə davam edir.