Accessibility links

Henri Polson ABŞ iqtisadiyyatının kəskin tənəzzülə uğradığını deyib


ABŞ-ın Mərkəzi Bankının nümayəndələri bu gün görüş keçirib, sələm faizlərinin azaldılması yollarını müzakirə edirlər. İqtisadçıların fikrincə Mərkəzi Bank bir və ya 2 faiz endirimlə kredit böhranını həlll edib, iqtisadiyyatın dirçəlişinə yardım edə bilər.

Bu gün maliyyə naziri Henri Polson ABŞ iqtisadiyyatının kəskin tənəzzülə məruz qaldığını etiraf edib və siyasəti müəyyən edənlərin hazırda iqtisadi vəziyyətin pisləşməsinə yol verməmək üçün ciddi ölçüləri nəzərdən keçirdiyini bildirib.

Xatırladaq ki, bazar günü hökumətin dəstəklədiyi bu maliyyə planına görə bankçılıq şirkəti J.P. Morqan Chase Bear Stearns şirkətini satın almağa razılıq verib. Hələ keçən il 20 milyard dəyəri olan bu maliyyə nəhəngi 250 milyon dollara satılır.

XS
SM
MD
LG