Accessibility links

Kosovoda xidmət göstərən ukraynalı əsgər həlak olub.


Kosovoda BMT polis qüvvələri tərkibində xidmət göstərən ukraynalı əsgər dünən aldığı yaralar səbəbi ilə həlak olub. Kosovonun polis idarəsinin sözçüsü əsgərin bu gün dünyasını dəyişdiyini bəyan edib, lakin təfərrüata varmayıb. Zorakılıqlar Kosovonun Mitrovitsa şəhərində BMT polisi və NATO sülhməramlıları ilə BMT-nin məhkəmə binasını ələ keçirən sebrlər arasında baş vermişdi. Serb nümayişçiləri daş və yanacaq bombaları atmışlar. Nəticədə BMT-nin iki maşını yandırılmışdır.

Qeyd edək ki, asayişin bərqərar edilməsi üçün bölgədə yalnız NATO qüvvələri qalır.

XS
SM
MD
LG