Accessibility links

Tibetin dini lideri istefa verəcəyi barədə xəbərdarlıq edib


Tibetin mühacirətdə yaşayan dini lideri Dalay Lama vətənində zorakılıqların artacağı təqdirdə istefa verəcəyini deyib. Nobel Sülh Mükafatı laureatı Dalay Lama Tibetdə vəziyyətin nəzarətdən çıxdığı təqdirdə onun istefasının yeganə çıxış yolu olduğunu deyib. O, bu açıqlamanı bu gün Hindistanın şimalındakı Daramsalada, müxbirlərlə görüşü zamanı verib.

Dalay Lama illərdir ki, Tibetdə muxtariyyət uğrunda mübarizəni qeyri-zorakı yolla həyata keçirməyə çağırmışdır. Dalay Lama Tibetə azadlıq tələbi ilə Çin hökumətinə qarşı hərəkata hələ 1959-cu ildən başlayıb. Lakin o, həmişə olduğu kimi indi də “zorakılıqların insan təbiətinə zidd” olduğunu deyir.

Çinin baş naziri Ven Jiabao Dalay Lamanı və onun tərəfdarlarını Tibetdəki etiraz aksiyalarının təşkilində günahlandırır. Cənab Ven üsyançıların böyük itkilər verdiyini və hökumətin nümayişləri yatırmaq üçün çox ehtiyatla hərəkət etdiyi deyib.

XS
SM
MD
LG