Accessibility links

Rusiya ABŞ-ın təkliflərini nəzərdən keçirir


Rusiya rəsmilərinin dediyinə görə, onlar ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmək planı barədə təkliflərini nəzərdən keçirirlər. Xarici İşlər Nazirliyinin rəsmiləri sənədləri bu gün əldə etdiklərini deyib. ABŞ dövlət katibi Kondoliza Rays və müdafiə naziri Robert Qeyts təklifləri dünən təqdim etmişdi. Bu təklif Rusiyanın əleyhinə olduğu ölçülərin azaldılması məqsədi daşıyır. Dünənki danışıqlardan sonra, xanım Rays və Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflər arasında olan narızılıqların aradan qaldırılmasına nikbin olduqlarını bildirmişlər. ABŞ Polşada 10 raket qəbul-edici yerləşdirməyi və Çexiyada radar quraşdırmağı planlaşdırır.
XS
SM
MD
LG