Accessibility links

Fələstinli fermer İsrail qüvvələri tərəfindən qətlə yetirilib


Fələstinin tibb rəsmilərinin bildirdiyinə görə, bu gün İsrail hərbçiləri tərəfindən Qəzza Zolağının İsraillə sərhəddəki Əl-Qərarah şəhəri yaxınlığında 60 yaşlı fermer qətlə yetirilmişdir. İsrail hərbi qüvvələrinin sözçüsü hadisə ilə bağlı təhqiqat aparıldığını deyib.

İslamçı Həmas qrupunun bildirdiyinə görə Qəzzadakı düşərgədə təlimlərin keçirildiyi zaman baş verən partlayış nəticəsində qrupun iki üzvü ölüb. Əvvəlcə partlayışın İsrail tərəfindən həyata keçirildiyi deyilirdi. Lakin sonradan qrup bildirib ki, İsrail tərəfdən heç bir hücum həyata keçirilməyib.

XS
SM
MD
LG