Accessibility links

Corc Buş dünya xalqlarını Novruz bayramı münasibəti ilə təbrik edib


Azərbaycanlılar kimi Mərkəzi və Cənubi Asiyanın bir çox xalqları Novruz bayramını qeyd edir. Baharın ilk gününü qeyd edən bu bayram yeni ilin gəlişi deməkdir.

ABŞ prezidenti Corc Buş bayramı qeyd edən milyonlarla insana təbriklərini çatdırıb. Ağ Evdən bu gün verilən açıqlamada deyilir ki, prezident Novruzu qeyd edən Azərbaycan, İran, İraq, Əfqanıstan, Türkiyə, Pakistan və Mərkəzi Asiyada yaşayan xalqlara ən xoş arzularını çatdırıb. Cənab Buşun sözlərinə görə, bu bayram dostları və ailələri bir yerə toplayır. Novruz min illərdir qeyd edilir və o, gecə ilə gündüzün bərabərləşməsini əks etdirir. Bu zaman günəş düz ekvatorun üzərində olur.

XS
SM
MD
LG