Accessibility links

Ermənistan müxalifəti yenidən ayağa qalxıb


Bu gün Ermənistan paytaxtı Yerevanda yüzlərlə müxalifət tərəfdarı polislə qarşıdurmalar zamanı həlak olanların xatirəsini yad etmək üçün yürüş keçirib.

Bugünkü yürüş bu ayın əvvəlində polislə nümayişçilər arasında toqquşmalardan sonra tətbiq olunan fövqəladə vəziyyətin ləğv olunmasından bəri keçirilən ilk aksiyadır. Bu gün nümayişçilər və çoxsaylı polis arasında baş verən insident haqda heç bir məlumat verilmir.

Fövqəladə vəziyyət zamanı 20 gün ərzində kütləvi toplaşmalar qadağan olunmuşdu. Bu qadağanın müddəti dünən gecə sona çatıb. Fevralın 19-da keçirilən prezident seçkilərindən sonra 9 etirazçı həlak olmuşdu. Seçkilərdə isə 53 faizlə postunu tərk edən Robert Köçəryanın xələfi baş nazir Serj Sarkistan qələbə çalmışdı. Müxalifət lideri Levan Ter-Petrosyan isə yalnız 21 faiz səs toplaya bilmişdi.

XS
SM
MD
LG