Fələstinlilərin Həmas və islamçı Cihadın rəsmilərindən ibarət olan nümayəndə heyəti Qəzza zolağında yaranmış çıxılmaz vəziyyətin həlli yollarını müzakirə etmək üçün Misirdədir. Misir İsrail və fələstinlilərin prezident Mahmud Abbasın Fətah qrupu ilə döyüşlərdən sonra keçən ilin iyun ayında Qəzzanınn nəzarətini ələ keçirmiş Həmas arasında sülh yaratmağa çalışır. İsrail Həmasın nəzarəti ələ almasından sonra Qəzza ilə sərhəddi bağlayıb və öz ərazisinə raket hücumlarını dayandırmaq üçün yaraqlılara təzyiq məqsədilə yanacaq və elektrik verilməsini məhdudlaşdırıb. Fələstinlilərin nümayəndə heyəti və Misir arasında danışıqlar bu gün Rafahda sərhəd keçid məntəqəsində aparılıb. Danışıqlarda Misrin təhlükəsizlik orqanlarının rəsmiləri iştirak ediblər.