Accessibility links

Türkiyədə polislə kürd etirazçılar arasında toqquşma olub


Türkiyə iğtişaş polisi kürdlərin etirazçılara qarşı ikinci gündür mübarizə aparır. Bu, Novruz bayramı münasibətilə keçirilən tədbirlərin separatçı yaraqlıların müdafiəsinə nümayişlərə çevrildiyi bir vaxt baş verir. Ölkənin cənub şərqində etirazçıların böyük qrupunun polisi daşa tutduğu Van şəhərində vəziyyət daha gərgin olub. Polis üç min nəfərdən ibarət kütləni dağıtmaq üçün dəyənəklərdən və göz yaşardıcı qazdan istifadə edib. Dövlətə məxsus Anadolu xəbər agentliyinin bildirdiyinə görə, zorakılıqlar zamanı polis işçiləri də daxil olmaqla, 60 nəfər yaralanıb, çox sayda nümayişçi isə həbs edilib. Toqquşmalar bu gün habeə Hakkari şəhərində də qeydə alınıb.
XS
SM
MD
LG