Accessibility links

Serbiya Kosovonun etnik prinsipə əsasən bölünməsini təklif edir


Serbiyanın Kosovo üzrə naziri rəsmi Belqradın Kosovo ərazisinin etnik prinsipə əsasən bölnməsinin təklif etdiyini deyib. Serbiyanın “Politika” qəzeti Slobodan Samardciçə istinadən yazıb ki, Kosovo ərazisində serblər və albanların bölünməsinə dair təklif BMT-nin missiyasına təqdim edilib. Nazirin sözlərinə görə, rəsmi Belqrad BMT polisi, ədliyyə və gömrük rəsmilərinin Kosovoda hüquqiliyini tanıyır. Lakin o deyib ki, Kosovoda əksəriyyətdə olan albanlarının birtərəfli qaydada müstəqilliyini elan etməsindən sonra orada yalnız serblər Serbiyanın köməyilə BMT-nin idarəçiliyini təmin edə bilərlər. O habelə qeyd edib ki, BMT administratorları sülh və sabitlik istəyirsə, onlar əsaslı razılıq əldə etməlidirlər.
XS
SM
MD
LG