Yemenin adının açıqlanmadığı rəsmisi bu ay paytaxt Sanada ABŞ səfirliyinə hücumun məsuliyyətini Əl-Qaidənin üzərinə atıb. Anonim rəsmi pəxs deyib mi, hücumda əsas şübhəli Əl-Qaidə yaraqlısı Həmzə əl-Dayandır. Əl-Dayan və bir neçə başqa şəxs səfirliyin yaxınlığında qız məktəbini qısa qülləli toplardan atəşə tutmaqda günahkar bilinirlər. Hücum nəticəsində bir yəmənli mühafizəçi həlak olmuş, uşaqlar daxil olmaqla, bir neçə adam yaralanmışdır. Yəmən 2001-ci il sentyabrın 11-i hücumlarından sonra ABŞ-ın başçılığı ilə terrorizmə qarşı müharibəyə qoşulmuşdur.