Accessibility links

ABŞ-ın vitse-prezidenti Israildədir


ABŞ-ın vitse-prezidenti Dik Çeyni Buş administrasiyasının İsrail-Fələstin sülh prosesinin irəliləməsinə çalışdığını deyib. Bu gün Qüdsdə İsrail prezidenti Şimon Pererslə görüş keçirən Dik Çeyni bildirib ki, Amerika Birləşmiş Ştatları həm də regiona təhlükə törədən məsələlərlə bağlı da iş aparır. O bunların həm Amerika, həm də İsrailə hədə olduğunu bildirib. Prezident Peres İranın İsrailə hədə törətdiyini bildirərək deyib ki, heç kim İran prezidenti Mahmud Əhmədinejadın İsraillə bağlı dediklərinin ciddiliyini şübhə altına ala bilməz. Bu gün ABŞ-ın vitse-prezidenti Dik Çeyni Pasxa bayramı münasibəti ilə Qüdsdəki kilsədə təşkil edilən mərasimin iştirakçısı olub. Günün ikinci yarısında o, İordan çayının qərb sahilində fələstinlilərin prezidenti Mahmud Abbas və baş nazir Salam Fəyyadla görüşüb.

XS
SM
MD
LG