Accessibility links

Dik Ceyni Həmasın sülh prosesinə mane olduğunu deyir


ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib ki, Həmas İran və Suriyanın dəstəyi ilə fələstinlilər və israillilər arasında sülhə mane olmağa çalışır. Bu gün Qüdsdə müxbirlərlə danışan Çeyni bildirib ki, İran və Suriyanın Həması dəstəklədiyinə dəlil var. O, bu iki ölkənin sülh prosesinə mane olmaq üçün əllərindən gələni etdiklərini bildirib. Dik Çeyni bu açıqlamaları İsrailin baş naziri Ehud Olmertlə görüşdən sonra verib.

ABŞ-ın vitse-prezidenti hazırda 9 gün sürən Yaxın Şərq səfərinin sonuncu dayanacağı olan Türkiyədədir. Ankarada Dik Çeyninin Türkiyədən Əfqanıstanda Talibana qarşı müharibəyə və İranın nüvə proqramının qarşısını almaq üçün aparılan danışıqlara kömək istəyəcək.

XS
SM
MD
LG