Accessibility links

AŞ həmməruzəçiləri Azərbaycan haqda hesabat açıqlayıb


Martın 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri hesabatlarını açıqlayıblar. Sənəddə Azərbaycanda siyasi məhbusların qaldığı, söz azadlığı sahəsində vəziyyətin pisləşdiyi, habelə seçki ilində qanunlara dəyişikliklərin vacib olduğu bildirilir.

Həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkovanın hesabatı Fevralın 4-dən 7-də qədərki müddətdə Azərbaycana səfər əsnasında əladə olunan informasiyaya əsaslanır. Səfər zamanı Herkel və Jivkova Azərbaycanən ali dövlət rəsmiləri, müxalifət liderləri və sivil cəmiyyətin nümayəndələri ilə görüşmüşdülər. Hesabatda diqqət başlıca olaraq soz azadlığı, insan hüquqları və siyasi məhbuslar məsələlərinə yetirilir. 2007-ci il ərzində Azərbaycanda jurnalistlərə qarşı 100-dən çox məhkəmə işi qaldırılıb ki, bu, 2005-cı ildəki rəqəmlə müqayisədə 10 dəfə çoxdur. Qaldırılan iddiların 90 faizinin müəllifləri Azərbaycan dövlət rəsmiləri olub. Yerli məhkəmələr 9 jurnalisti məhkum ediblər. Hesabatda deyildiyinə görə Azərbaycan hökuməti hüquqi sahədə islahat aparmağı və böhtan haqda qanunun dekriminallaşdırmasını planlaşdırmır. Buna əsas kimi rəsmilər bəzi Avropa dövlətlərində də bu növ qanunların olduğunu və həbs olunmuş jurnalistlərin peşə etikasından kənar davranmasını nümunə göstərirlər.

Prezident İlham Əliyevin Dekbarın 27-də imzaladığı əvf fərmanına əsasən 6 jurnalist azadlığa buraxıldı. Lakin bunların sırasında Qənimət Zahid – Mirzə Sakit qardaşları, Eynulla Fətullayev və 3 müxalif fikirli başqa jurnalist yox idi. Eyni zamanda Azərbaycan hökuməti son dövrlərdə İnternet mediasını nəzarətə almaq cəhdləri göstərir ki, həmməruzəçilər bu tendensiyadan narahatlıqlarını izhar edirlər.

Sərbəst toplaşmaq azadlığından danışan həmməruzəçilər Azərbaycanda aksiyalara icazə verilmədiyini, aksiyaların dağıdıldığını, iştirakçıların həbsini xatırladır. Həmməruzəçilər ümid edirlər ki, Azərbaycan parlamenti «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliyi qəbul edəcək. Seçki ilində bunun xüsusilə vacib olduğu bildirilir.

Avropa Şurasının baş katibi Terri Deyvis bu günlərdə bəyanat verərək Azərbaycanda jurnalistlərin artan həbslərini və sərt həbs cəzalarını tənqid etmişdir. Son həbsləri Azərbycanda azad sözün susdurulmasına yönəlik tədbirlər kimi qiymətləndirən cənab Deyvis bu tendensiyanı qəbuledilməz adlandırıb. Avropa Şurasının baş katibi Azərbaycan hökumətini öz üzərinə könüllü olaraq götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

XS
SM
MD
LG