Accessibility links

Möqtədə Əl-Sədr təhlükəsizlik qüvvələrini təhdid edir


İraqın şiə ruhanisi Möqtəda Əl-Sədr ümummilli vətəndaş qiyamı ilə təhdid edib. Bu gün Sədrin yardımçılarından biri tərəfindən oxunan bəyanatda deyilir ki, əgər hərəkatın üzvlərinə qarşı hücumlar dayanmasa ruhani lider qiyam başladacaq. İraq rəsmilərinin sözlərinə görə, bu gün Bəsrə şəhərində təhlükəsizlik qüvvələri ilə şiə yaraqlılar arasında baş verən toqquşma zamanı 12 nəfər həlak olub, 18 nəfərsə yaralanıb. Bu, cənubda yaraqlı fransiyasını hədəfə alan ilk böyük hərbi əməliyyat olub. Şahidlər deyir ki, toqquşma başlayandan qısa birmüddət sonra, atəş səsləri eşidilib və hava tüstü qalxıb. Hilla, Kut və Samava daxil edilməklə bir neçə cənub şəhərində qadağan saatı elan olunub. Bəsrədə isə qadağan saatı artıq bütün vilayət boyu tətbiq edilib.

XS
SM
MD
LG