Accessibility links

ABŞ-la Bəhreyn mülki atom enerjisi sahəsində razılıq imzalayıblar


Birləşmiş Ştatlar Bəhreynlə mülki atom enerjisi sahəsində əməkdaşlığa dair razılıq imzalayıb. ABŞ dövlət katibi Kondoliza Rays və Bəhreyinin xarici işlər naziri Şeyx Xalid razlığa bu gün imza atıblar.

Prezident bu gün Ağ Evdə Bəhreynin kralı Həmədi qəbul edir. Dövlət Departamentinin açıqladığı bəyanatda deyilir ki, nüvə sahəsində əməkşdaşlığa dair bu razılıq Bəhreynin regionda nümunə olmaq istəyini nümayiş etdirir. Burada deyilir ki, Bəhreyn həssas yanacaq siklinə malik texnologiyalardan imtina edib, nüvə yanacağı sahəsində dünya bazarında mövcud imkanlardan istifadə etmək niyyətində olduğunu bir daha təsdiq edib.

Bəhreyn səfirliyinin bildirdiyinə görə, ABŞ-la bu razılığın başlıca məqsədi ölkənin enerji təchizatında sabitlik və müxtəlifliyin təmin edilməsidir. Ölkədə neft və qaz ehtiyatlarının azaldığı, tələbatınsa artdığı bildirilir.

XS
SM
MD
LG