Accessibility links

Türkiyə Albaniyanın NATO-ya üzvlüyünə dəstək verir


Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, Türkiyə gələn ay Rumıniyada keçiriləcək NATO sammitində Albaniyanın üzvlüyü səylərinə dəstək verəcək. Bu gün Albaniya paytaxtında danışan cənab Ərdoğan Xorvatiya və Makedoniyanın da NATO-ya üzvlüyünə dəstəyini bir daha dilə gətirib. Türkiyənin baş naziri bu açıqlamaları Tiranada Albaniyanın baş naziri Sali Berişa ilə danışıqlardan sonra verib. Türkiyə Albaniyanın əsas ticarət partnyorlarından biridir.
XS
SM
MD
LG