Accessibility links

Nuri Əl-Maliki yaraqlılara xəbərdarlıq edib


İraqın baş naziri Nuri Əl-Maliki Bəsrə şəhərində döyüşən yaraqlılara silahı yerə qoymaq üçün 3 gün möhlət verib. Əks təqdirdə yaraqlılara qarşı sərt tədbirlər görüləcəyi bildirilir. Cənab Maliki ultimatumu bu gün Bəsrədə verib. Baş nazir orada yaraqlılara qarşı aparılan hərbi əməliyyatlara başçılıq edir.

İraq rəsmilərinin dediyinə görə, ötən iki gün gedən döyüşlər nəticəsində 40 adam ölmüş, 200 nəfər isə yaralanmışdır. Bu arada, Bağdadın Sədr qəsəbəsində gedən döyüşlərdə 14 nəfərin öldüyü və 100 adamın yaralandığı xəbər verilir.

XS
SM
MD
LG