Accessibility links

Bəsrədə bomba partlayışı neft kəmərini sıradan çıxarıb


İraq rəsmilərinin bildirdiyinə görə, hökumət qüvvələrinin artıq üçüncü gündür şiə yaraqlılarla döyüşləri davam etdirdiyi Bəsrə şəhərində neft boru kəməri partladılıb. Rəsmilər kəmərin partladılmasına görə kimin məsuliyyət daşıdığını bildirməyiblər. Boru xəttinə dəyən zədənin xam neftin ixracına böyük təsir göstərəcəyi də bəlli deyil. Bununla yanaşı, şahidlər Bəsrədə qızğın döyüşlərin getdiyini deyir. Rəsmilər deyir ki, Şiə yaraqlılara qarşı çərşənbə axşamı hücumların başlamasından bəri 40 nəfər həlak olub. İraq baş naziri Nuri Əl-Maliki şiə silahlılara cümə gününə kimi sılahı yerə qoymaq barədə ultimatum vermişdi. Bağdadda isə bu gün radikal ruhani şiə lideri Möqtəda Əl-Sədrin tərəfdarları cənab Malikiyə qarşı etiraz aksiyası keçiriblər.
XS
SM
MD
LG