Accessibility links

Yaraqlılar Pakistanda təcili yardım maşınına hücum ediblər


Pakistan rəsmilərinin bildirdiyinə görə, Əfqanıstanla sərhəd ərazidə yaraqlıların təcili tibbi yardım maşınına hücumu nəticəsində 6 nəfər həlak olub. Silahlılar ucqar Kurram regionunda təşkil olunan Səhiyyə Toplantısına gedən insanları aparan maşını atəşə tutublar.

Pakistan rəsmiləri habelə bildiriblər ki, Benazir Bhuttonun qətli zamanı həyata keçirilən bomba partlayışında əli olmaqda şübhəli bilinən Əl-Qaidə yaraqlısını bu gün yenidən həbs ediblər. Dünən Kəraçi məhkəməsi kifayət qədər sübut olmadığı üçün Qari Seyfulla Axtarın azadlığa buraxılması haqda qərar vermişdi. Lakin məhkəmə bildirmişdi ki, tutarlı dəlil tapılsa, o, yenidən sorğu-sual oluna bilər.

XS
SM
MD
LG