Pakistan rəsmiləri bildirirlər ki, iki naməlum şəxs tərəfindən Kəraçi şəhərində hökumətin iki kəşfiyyat işçisi qətlə yetirilib. Rəsmilərin dediyinə görə, kəşfiyyat agentləri Məhəmməd İbrahim və Fazal Ər-Rəhman yaraqlılar tərəfindən izlənərək qətlə yetirilmişlər. Buna səbəb həmin şəxslərin Kəşfiyyat Agentliyinin terrorizmə qarşı bürosunda Əl-Qaidə və Pakistandakı yaraqlılara qarşı fəaliyyət göstərmələri olub. Qətllərin məsuliyyətini öz üzərinə götürən olmayıb.