Accessibility links

İrakli Okruaşvili 11 il həbs cəzasına məhkum edildi


Gürcüstan məhkəməsi keçmiş müdafiə naziri İrakli Okuraşviliyə korrupsiya və hədələmə ittihamları ilə qiyabi olaraq 11 il həbs cəzası verib. Bu ittihamlardan sonra məhkəmədən əvvəl zəmanətlə azadlığa buraxılan və hal-hazırda Avropada olan Okuraşvili may ayında keçiriləcək parlament seçkilərində iştirak etməyəcək. Okuraşvilinin vəkili Eka Beselia Okuraşvilinin noyabr ayında geniş etiraz aksiyaları təşkil etdiyinə görə, hökmün siyasi motivlər əsasında çıxarıldığını deyib.
XS
SM
MD
LG