Accessibility links

Zimbabvelilər yeni parlament üzvlərini və prezidenti müəyyən edirlər


Zimbabve boyu seçicilər bu gün yeni parlament üzvlərini seçir və prezident Robert Muqabenin 6-cı dönəm hakimiyyətdə qalmasını müəyyən edirlər. Milyonlarla Zimbabvelinin iştirak etdiyi səsvermə artıq başa çatmaq üzrədir, lakin rəsmilər seçkilərdə nə qədər adamın iştirak etməsi haqda konkret rəqəm açıqlamayıblar. Səsvermə əsasən dinc keçib. Polisin məlumatına görə, hakim partiyadan parlamentə namizədin Bulavayo şəhərindəki evi qarşısında partlayış baş verib, lakin xəsarət alan olmayıb. Cənab Muqabe və onun aparıcı rəqibləri Simba Makoni və Morqan Tsvangiray bu gün paytaxt Hararedə səs veriblər. Namizədlərin hər üçü qələbəyə əmin olduqlarını bildiriblər. Makoni və Tsvingiray deyirlər ki, iqtisadi dağıntı və 100 min faizlik inflyasiya ilə üzləşən Zimbabveyə yeni rəhbərlik lazımdır. Prezident Muqabe isə rəqiblərini sabiq kolonial qüdrət olan Britaniyanın əlaltlıları adlandırır.

XS
SM
MD
LG