Accessibility links

Avropa İttifaqı 9 ölkəni pasportsuz səyahət zonasına qəbul edib


Bu gün Avropa İttifaqı əksəriyyəti keçmiş kommunist blokunun üzvü olmuş 9 ölkəni pasportsuz səyahət zonasına qəbul edib. Malta və 4 il əvvəl ittifaqa üzv olan 8 Avropa ölkəsi-Polşa, Çex Respublikası, Estoniya, Latviya, Litva, Macarıstan, Slovakiya və Sloveniya üçün azad səyahət gecə yarısından qüvvəyə minib. Şengen zonası qaydalarına əsasən bu ölkələrdən artıq quru, su və ya hava sərhədlərini keçərkən viza və ya pasport tələb edilməyəcək. Hazırda 24 ölkənin 400 milyon nəfərdən ibarət əhalisi bu qaydadan istifadə edir. İslandiya, Norveç və İsveçrə Avropa İttifaqına üzv olmasalar da Şengen zonasına daxildir. Lakin alyansın üzvləri Britaniya və İrlandiya Şengen razılığını qəbul etməyiblər.

XS
SM
MD
LG