ABŞ-ın Maliyyə naziri Henri Polson deyir ki, maliyyə təsisatlarının bu günkü ölçüləri və mürəkkəbliyini nəzərə alaraq, Birləşmiş Ştatların maliyyə qanunlarının müasirləşdirilməsinə ehtiyac var. Bu gün Vaşinqtonda danışan nazir iqtisadiyyatın sabitləşdirilməsi məqsədilə ABŞ-ın Mərkəzi Bankına daha böyük rol ayırmağı tövsiyə edib. Bununla yanaşı, o, yaranmış böhranda hökumətə kömək etmək üçün başqa banklar və maliyyə təsisatlarından informasiyanın alınması işində Mərkəzi Bankın səlahiyyətlərinin artırılmasını təklif edib. Henri Polsonun təklifinə əsasən, investorlar və istehlakçıların müdafiəsi məqsədilə banklar və sığorta şirkətlərinin işinə nəzarət etmək üçün münasib maliyyə qanunları olmaldıır.
Təklif olunmuş qanunlar Konqres tərəfindən təsdiq edilməlidir.