Zimbabvedə keçirilən seçkilərin ilkin rəsmi nəticələri parlament yarışında hökumət və müxalifətin bərabər səs topladığını göstərir. Zimbabve seçki komissiyası bu gün bildirib ki, prezident Robert Muqabenin rəhbərlik etdiyi ZANU-PF partiyası və müxalif Demokratik Dəyişiklik Hərəkatı 210 yerdən hərəyə 12-sini qazanıblar. Səsvermənin bitməsindən 40 saat keçməsinə baxmayaraq prezident seçkilərinin nəticələri açıqlanmayıb. Müxalifət bu gün yenidən seçkilərda qalib gəldiyini bəyan edib. Partiyanın bəyanatına əsasən müxalif namizəd Morqan Tsvingiray 60 faiz səslə prezident Robert Muqabeni məğlub edib.