Accessibility links

ABŞ prezidenti Ukrayna və Gürcüstanın NATO-ya  üzvlük prosesinə başlamasına dəstəyini bildirib


ABŞ prezidenti Corc Buş bu həftə NATO sammitində Ukrayna və Gürcüstanın üzvlük prosesinə başlaması məsələsini ciddi şəkildə qaldıracağını deyib. Cənab Buş Rusiya və ABŞ-ın bəzi müttəfiqlərinin müxalifliyinə baxmayaraq, məsələ ilə bağlı mövqeyini bu gün Ukrayna prezidenti Viktor Yuşşenko ilə birgə mətbuat konfransında ifadə edib.

Cənab Buş habelə Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planında güzəştlər müqabilində ABŞ-ın NATO-nun genişlənməsi məsələsində mövqeyini yumşaltmasına dair Rusiya prezidenti Vladimir Putinlə razılığa gəldiyi haqda şərhləri rədd edib.

Cənab Yuşçenko öz növbəsində, Ukraynanın suverenliyinin əhəmiyyətini vurğulayıb və deyib ki, onun ölkəsi düzgün inkişaf yolundadır.

Almaniya və Fransa bu iki ölkənin üzvlük prosesinə başlamasına dair şübhələrini bildiriblər. Parisdə Fransanın baş naziri Fransua Filon öz ölkəsinin mövqeyini bir daha ifadə edib ki, bu da Buxarestdə NATO sammitində Ukrayna və Gürcüstanın prosesə başlaması üçün yekdilliklə qərar qəbul edilməsinin qarşısını alır. Həm prezident Buş, həm prezident Yuşçenko NATO-nun genişlənməsinin Rusiya əleyhinə yönəlmədiyinə dair əvvəlki açıqlamlarını təkrar ediblər və Moksvanın məsələyə veto qoya bilmədiyinə təkid ediblər.

XS
SM
MD
LG