Accessibility links

ABŞ-ın maliyyə naziri Tibet məsələsinin dialoq yolu ilə həllinə çağırıb


ABŞ-ın maliyyə naziri Henri Polson bu yaxınlarda Tibetdə baş vermiş zorakılıqlarla bağlı narahatlıqlarını Çin rəsmilərinə çatdırdığını bildirib. Polson bu gün Pekində deyib ki, o, Çin rəsmilərinə Tibetdə vəziyyətin dialoq yolu ilə dinc şəkildə həll olması ilə bağlı müraciət edib.

ABŞ-ın maliyyə naziri Çin prezidenti Hu Jintao və xarici işlər naziri Yanq Cieəi ilə görüşlərdən sonra danışıb. O, danışıqlarda Tibet məsələsinə toxunulduğuna dair bir söz deməyib.

Henri Polson keçən ay Tibet və Çinin bəzi bölgələrində nümayişlərin rəsmilər tərəfindən zorakılıqla dağıdılmasından sonra bu ölkəyə səfər edən ilk ABŞ rəsmisidir.

XS
SM
MD
LG