Accessibility links

Kosovo serbləri Rusiyadan ilk yardımı aldı


Rusiyanın Kosovoda azlıqda olan serblərə göndərdiyi ilk yardım bu gün Belqrada çatıb. Serbiya hökumətinin naziri Slobodan Samarciç deyib ki, bu, ənənəvi müttəfiqdən maddi və mənəvi dəstəyi nümayiş etdirir. Moskvanın vəd etdiyi 1 milyon 700 000 dollar məbləğində 140 tondan ibarət ərzaq malları, tibbi yardım və xəstəxana ləvazımatının bir hissəsidir.

Kosovo əhalisinin 90%-ni təşkil edən albanlar fevral ayında Serbiyadan müstəqilliklərini elan ediblər. Belqrad və Moskva buna qarşı etirazlarını bildiriblər. Rusiyanın Xarici işlər naziri Serqey Lavrov bu gün Moskvada deyib ki, Rusiya Kosovunun BMT-yə üzv qəbul edilməsinə mane olacaq. Birləşmiş Ştatlar və 30 digər ölkə Kosovonun müstəqilliyini rəsmən tanıyıb.

XS
SM
MD
LG