Accessibility links

AB PKK-nı terror təşkilatları siyahısından çıxarıb


Avropa Birliyi Məhkəməsi qurumun terror təşkilatları siyahısında olan PKK barədə qərarını ləğv edib. Lüksemburqda yerləşən Birliyin ikinci dərəcəli məhkəməsi 2002-ci ildən Avropa Birliyinin qanunlarına görə qanunsuz hesab edilən PKK və onun siyasi qanadı KONGRA-GEL-i qara siyahıdan çıxardığını bildirib. Türkiyə və ABŞ PKK-nı terrorçu təşkilat kimi tanıyır. Türkiyə PKK-nı 1984-cü ildən 40 mindən çox adam öldürməkdə qınayır. PKK isə həmin ildən bəri əsasən Türkiyənin cənub-şərq hissəsində müxtariyyət almaq uğrunda silahlı mübarizə aparır.


XS
SM
MD
LG