Accessibility links

Keniyada siyasi rəqiblər razılaşma əldə edib


Keniya prezidenti Muay Kibaki və müxalifət lideri Reyla Odinqa yeni birgə kabinetin təşkil olunması barədə razılığa gəliblər. Bu gün paytaxt Nayrobidə keçirilən görüşdən sonra hər iki lider bəyanat verib. Cənab Kibakinin ofisi bildirir ki, yeni kabinet adları bazar günü açıqlanacaq 40 nazirdən ibarət olacaq. Nazirlər aprelin 12-də işə başlayacaqlar. Cənab Odinqanun baş nazir olacağı gözlənilir. Bu, fevral ayında BMT-nin sabiq baş katibi Kofi Annanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsidir. Hər iki tərəf arasında kabinet danışqıları həftələrlə davam edib. Dünən isə cənab Annan ləngimədən ciddi narahatlıq keçirdiyini bildirmiş və hər iki lideri təcili olaraq fikir ayrılıqlarını həll etməyə çağırmışdı.
XS
SM
MD
LG