Accessibility links

Dəyirmi Masa: NATO sammiti


Bu həftə Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO sammiti keçirilir. Sammitin gündəliyində Albaniya, Xorvatiya və Makedoniyanın alyansa üzvlüyü, habelə Gürcüstan və Ukraynanın üzvlük fəaliyyət planı dururdu. Son məlumatlara əsasən ABŞ Prezidenti Corc Buşun səylərinə baxmayaraq, Almaniya və Fransanın təşəbbüsü ilə və Rusiyanın təzyiqləri altında rəsmi Tbilisi və Kiyev NATO-ya dəvət almayıblar. Sammitdə cərəyan edən hadisələri və bunların Cənubi Qafqaz regionuna təsirini müzakirə etmək üçün ənənəvi dəyirmi masa söhbətimizə Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər və Avro-Atlantik Mərkəzin rəhbəri, millət vəkili Asim Mollazadəni dəvət etmişik.
XS
SM
MD
LG