Accessibility links

NATO sammitinin işi başa çatdı


NATO liderləri Buxarest sammitini Rusiya prezidenti Vladimir Putinlə bağlı qapılar arxasında görüşlə bitiriblər. NATO baş katibi Yap de Hup Şxeffer sessiyada çıxış edərək NATO-Rusiya Şurasının yaradılmasının 6-cı ildönümünü qeyd edib. Cənab Putin müzakirələrdən razı qaldığını bildirmiş, eyni zamanda radar müdafiə planları ilə bağlı narazılığını izhar etmişdir.

Prezident Putinlə görüşdən bir neçə saat öncə NATO liderləri Ukrayna prezidenti Viktor Yuşçenko ilə görüşüblər. Dünən NATO liderləri Ukrayna və Gürcüstanın alyansa üzvlüyə hazır olmadığını bildirmiş lakin bu iki Sovet respublikasının mütləq üzvlüyə gedən yolda olduğunu önə çəkmişlər. Cənab Yuşçenko bu görüşü ölkəsi və xalqı üçün tarixi hadisə kimi dəyərləndirib.

XS
SM
MD
LG